AZ

"Rus ruleti" 32 yaşlı qadının sonu oldu

15:28 05.02.2025
15:28 05.02.2025

Rusiyanın şimalında 32 yaşlı qadın məşhur oyunun qurbanı olub.

Mynews.az xarici mtbuata istinadən xəbər verir ki, 32 yaşlı Anastasiya "Rus ruleti" oyununun qurbanı olub.

Belə ki, evdə təşkil olunan yığıncaq zamanı spirtli içki qəbul edən qadın dostunun yeni aldığı silahla zarafat edib.

Silahın boş olduğunu düşünən Anastasiya lüləni alnına qoyub və dostundan tətiyi çəkməsini istəyib.

Vladislav da silahın boş olduğuna inanaraq tətiyi çəkib.

Ağır xəsarət alan 32 yaşlı qadın dərhal şəhər xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq qadın iki günlük həyat mübarizəsindən qalib çıxa bilməyib.


Seçilən
0
1
mynews.az

2Mənbələr