AZ

Dövlət Dumasının sədri: USAID dünya ölkələrində dövlət çevrilişlərinin hazırlanmasında iştirak edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünya ölkələrində dövlət çevrilişlərinin hazırlanmasında iştirak edərək "demokratiyanın təşviqinə" kömək edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, bu hərəkətlərdən Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və bir neçə digər ölkə əziyyət çəkib.

"Fəalların, seçki müşahidəçilərinin, jurnalistlərin təlimləndirilməsinə xidmət edən layihə və proqramların maliyyələşdirilməsi hesabına dünya ölkələrində dövlət çevrilişlərini hazırlayıb və təşkil edib. Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Qırğızıstan, Kuba, Nikaraqua, Venesuela - bu, "demokratiyanın təşviqində" belə yardımdan zərər çəkmiş dövlətlərin heç də tam siyahısı deyil", - Volodin “Telegram” kanalında qeyd edib.

O vurğulayıb ki, USAID son 10 ildə keçmiş müttəfiq respublikalara bu məqsədlə 2 milyard dollardan çox vəsait xərcləyib və bu məbləğin 52 %-i Ukraynaya yönəldilib.

Seçilən
7
3
qaziler.az

4Mənbələr