Premyer Liqa komandalarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 22-ci və 23-cü turların oyun cədvəli bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
22-ci tura fevralın 10-da start veriləcək. Bu turun qalan oyunları ayın 11-də və 12-də keçiriləcək. 23-cü turun oyunları isə 16-18 fevral aralığında baş tutacaq.
Əvəzedicilər Liqası
22-ci tur
10 fevral
“Şamaxı-2” – “Sumqayıt-2”
Şamaxı şəhər stadionu, 14:30.
“Sabah-2” – “Turan Tovuz-2”
Bakı. “ASK Arena”, 15:00.
11 fevral
“Araz-Naxçıvan-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 14:00.
“Zirə-2” – “Neftçi-2”
Bakı. “ASK Arena”, 15:00.
12 fevral
“Qarabağ-2” – “Səbail-2”
Bakı. “Azərsun Arena”, 15:00.
23-cü tur
16 fevral
“Sumqayıt-2” – “Zirə-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
17 fevral
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Tovuz şəhər stadionu, 13:30.
“Neftçi-2” – “Qarabağ-2”
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.
18 fevral
“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30
“Səbail-2” – “Sabah-2”
“Bayıl Arena”, 15:00.