AZ

"65-70 dəqiqədən sonra nə etməli olduğumuzu unutduq"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "Arsenal"a 1:5 hesablı məğlubiyyəti şərh edib.

Sportal.az xəbər verir ki, “BBC Sport”a danışan ispaniyalı mütəxəssis komandasının gözlənilməz uğursuzluğu haqda bunları deyib:

"Məni həqiqətən əsəbləşdirən yeganə şey matçın final hissəi, tam çaşqınlıq içində keçirdiyimiz 25 dəqiqədir. Bundan əvvəl 65-70 dəqiqə aydın oyun nümayiş etdirdik, amma sonra sanki nə etməli olduğumuzu unutduq. Burada oyuna başlamaq həmişə çətindir. Lakin ilk 10-15 dəqiqədən sonra biz ritmə düşdük və özümüzə əmin olduq".

Qeyd edək ki, “Mançester Siti” 41 xalla 5-ci pillədədir.

 

saytlarin hazirlanmasi

Seçilən
3
sportal.az

1Mənbələr