AZ

Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Hökumənin atası

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Hadisə nəticəsində dünyasını dəyişinlərdən biri də təyyarənin stüardessası Hökumə Əliyeva olub. Ona və pilotlar - İqor Kşnyakin və Aleksandr Kalyaninova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Demokratikmusavat.com xəbər verir ki, Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a açıqlamasında təyyarəmizi vuranlara ölüm hökmünün verilməsini istədiyini deyib:

“Hökumətimiz nə lazımdırsa, edəcək. Əgər məni məhkəməyə filan çağırsalar, ən yüksək cəza hansıdırsa, onun verilməsini istəyərəm. Mənə maraqlıdır ki, niyə və nə səbəbə onlar bizim təyyarəmizi vurublar.  Valideyn övladı üçün canını qurban edər. Təki təyyarəmizi vuranlar şəhid olanlar kimi ölələr. Kaş ki, onlara ölüm hökmü verilsin”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
90
10
Demokratikmusavat.com

10Mənbələr