AZ

Əlisa Nicat: Mənə 1 milyon verirdilər ki, tərif yaz

"Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu “Səməd Vurğun yaltaq idi" fikirlərinə görə bir neçə gündür tənqid və və təhqirlərə üzləşmiş yazıçı Əlisa Nicat bildirib.

O, yenidən Xalq şairi barədə sərt ifadələr səsləndirərək onu özü ilə müqayisə edib:

“Dünyada indiyə qədər 1 milyon şair, yazıçı, filosof olub. Onun qədər heç kim bu qədər açıq-aşkar dövlətə, hakimiyyətə tərif yazmayıb. Bəs mən niyə heç kimə tərif yazmıram? Mənim tərifimi gözləyirlər. Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz. Yazmadım. Bu saat evimdə heç nə yoxdur, 10 manat pulum qalıb. Bilmirəm, soğan alım, ya kartof. Səməd Vurğun Azərbaycan tarixini rüsvay edib.

Mənim heç ordenim də yoxdur. 50 ildir külliyyatım dərc olunur, əldən-ələ gəzir. 12 fəlsəfi, siyasi, tarixi roman yazmışam. Azərbaycanda ilkdir. Süleyman Rəhimovlar, Mirzə İbrahimovlar belə şey yaza bilməyiblər. Azərbaycana neçə yeni janr gətirmişəm. Bütün Asiyada ən böyük fəlsəfə antologiyasını çap etdirmişəm. Bəs niyə mənə ayda 300 manat pensiya verirlər?”

 


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr