İsveçin Orebro şəhərində məktəbə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə yerli polis məlumat verib.
“Hazırda hadisə nəticəsində 11 nəfərin öldüyü məlumdur. Qurbanların dəqiq sayı hələ ki, məlum deyil”, - deyə məlumatda bildirilir.
Üstəlik, ölənlərdən biri təkbaşına hərəkət edən cinayətkarın özü olub.