Türkiyənin "Qalatasaray" klubu heyətini "Vulverhempton"un yarımmüdafiəçisi Mario Lemina ilə gücləndirib.
hakimiyyet.az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə şəxsi "Instaqram" hesabından paylaşım edib.
"Qalatasaray" qabonlu futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mario Lemina "Vulverhempton" klubunun forması ilə bu mövsüm çıxdığı 19 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.