AZ

Tanınmış jurnalistdən Mədəniyyət Nazirliyinə İRAD: “Böyük bir mədəniyyətsizlik, mədəni boşluq yaranıb”

Tanınmış jurnalist Günel Musa sosial şəbəkə hesabında Mədəniyyət Nazirliyinə öz iradını bildirib.

“Yeni Gundem” xəbər verir ki, o nazirliyi mədəniyyətdən kənar şəxsləri tədbirlərə cəlb etdiyini vurğulayıb:

“Mədəniyyətə aid tədbirlərə, konsertlərə festivallara mədəniyyət yazarlarından başqa hər kəsi dəvət edirlər. Mədəniyyət Nazirliyində, yaxud da bu mədəni layihələri təşkil edən qurumlarda media ilə əlaqələr hansı meyarlara görə tənzimlənir bilmirəm. Amma biabırçılıqdır. Ölkə mediasında böyük bir mədəniyyətsizlik, mədəni boşluq yaranıb. Yeni doğrudan narahat etmir bu sizi?”.

Seçilən
6
yenigundem.az

1Mənbələr