AZ

Televiziyalara yeni tələb - İnformasiya işarət dilinə tərcümə edilməlidir

Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Demokratikmusavat.com  xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Bu Qanunda istifadə olunan anlayışlara Azərbaycan işarət dili də əlavə olunub.

Layihəyə əsasən, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir. 

Qanuna əlavə edilən yeni 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.

- Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

- Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.

- Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

- Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Qeyd edilib ki, Qanun layihəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanmışdır. Dəyişikliklərə əsasən bir sıra qanunlarda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri  ilə əvəz edilib.

Həmçinin layihədə təqdim olunan dəyişikliklərə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna “Azərbaycan işarət dili” anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə “Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması” məzmununda yeni 12-1-ci maddə əlavə olunması nəzərdə tutulub.

Bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi  təmin edəcəkdir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
104
17
Demokratikmusavat.com

10Mənbələr