AZ

“Fransa əslində Ermənistandan özünün idbar məqsədləri üçün istifadə edir” — ŞƏRH

Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirərək gələcəkdə bütün sahələrdə bu ölkədən güclü şəkildə asılı olacaq. Bunu Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun keçmiş baş elmi işçisi Robert M. Katler deyib.

O, açıqlamasında "Fransa Ermənistana döyüş sursatı, hərbi texnika, hava hücumundan müdafiə sistemləri və gecəgörmə cihazları tədarük edir. Fransa silahları uzaq məsafələrdən hədəfləri vura bilir. 2026-2027-ci illərdə Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişlənəcəyi ehtimal olunur ki, bu da nəticə etibarilə İrəvanı bütün sahələrdə, o cümlədən iqtisadi sahədə Parisdən son dərəcə asılı vəziyyətə salacaq" deyə qeyd edib.


Mövzu ilə bağlı Demokrat.az-a danışan politoliq Tural İsmayılov bildirib ki, Ermənistanın Fransadan asılılığı əlbəttə ki, Ermənistan üçün müsbət heç nə ehtiva etmir:

“Çünki Fransa sistematik şəkildə Ermənistanı silahlandıraraq Cənubi Qafqaz regionunda sülh və sabitliyin əleyhinə fəaliyyət göstərir. Bu günə qədər biz görmüşük ki, Fransa istər ATƏT-in Minsk qrupunun üzvü olanda, istərsə də Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonrakı dövrdə daim  ermənipərəst mövqe ilə məşğul olub. Ermənistanı özünün kəşfiyyat poliqonuna çevirib”.

Politoloq onu da qeyd edib ki, bu gün Ermənistan ərazilərindəki Avropa İttifaqının mülki müşahidə missiyası ad altındakı casus şəbəkələrinin Ermənistan ərazilərinə yönləndirilməsi də məhz Fransanın təhrikləri ilə baş verib:

“Bütün baş verən hadisələr birmənalı şəkildə göstərir ki, Fransa əslində, Ermənistandan özünün idbar məqsədləri üçün istifadə edir. Bu gün Ermənistanın bir dövlət olaraq mövcudluğu inkişafı hansısa bir formada Fransaya maraqlı deyil. Həmçinin Fransa yaxşı başa düşür ki, o nə qədər Ermənistanı qızışdırsa da, nə qədər Ermənistanı Fransanın və Qərbin alətinə çevirməyə çalışsa da, Ermənistan hələ də Rusiyanın forpostudur. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Eyni zamanda Fransa, Ermənistanın müxtəlif formalarda iqtisadi layihələr adı altında şirnikləndirməyə çalışsa da, statistik rəqəmlər də göstərir ki, ötən il Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi kəskin şəkildə artıb. Yəni istənilən halda bu gün Fransa, Ermənistanı Türkiyə və Azərbaycan əleyhinə istifadə etmək üçün bir oyuncaq qismində görür ki, məhz Fransanın bu yanaşması  Ermənistanın regional layihələrindən kənarda qalmağına və dalan dövlətinə çevirilməyinə səbəb olub”.

Leyla Turan
Demokrat.az
Seçilən
2
demokrat.az

1Mənbələr