AZ

ABŞ BMT-nin bu qurumundan çıxdı

Yaxın saatlarda Donald Tramp ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

Aktual.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli olmaqda və insan haqlarını pozan hökumətləri ört-basdır etməkdə ittiham edir.

Sərəncam Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən əvvəl imzalanacaq.

***

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxması ilə bağlı sərəncam imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, ABŞ BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyini də tərk edib.

Seçilən
115
10
ulusum.az

10Mənbələr