AZ

BMT-də qalmaqal: Nikaraqua FAO-dan çıxır

Nikaraqua hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) çıxdığını bildirib. Buna səbəb beynəlxalq təşkilatın keçən il dünyada ərzaq təhlükəsizliyinin vəziyyəti haqqında dərc etdiyi hesabatı olub.

hakimiyyet.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Valdrak Yençke bəyan edib.

Onun sözlərinə görə, təşkilat siyasi məqsədlərlə qəsdən təsdiqlənməmiş məlumatlar dərc edib. XİN rəhbəri FAO-nun mövqeyini qəbuledilməz, yolverilməz və hörmətsiz adlandırıb.

"Bununla əlaqədar olaraq Nikaraquanın bu təşkilatdan çıxdığını və onun Nikaraquadakı nümayəndəliyinin və ofislərinin dərhal bağlanmasını tələb etdiyimizi bildiririk", - deyə o bildirib.

Qeyd edək ki, söhbət "2024-cü ildə dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti" hesabatından gedir. Sənəddə qeyd olunub ki, 2022-ci ildə Nikaraqua əhalisinin 1/4-dən çoxu - 27.3%-i (təxminən 1.9 milyon insan) sağlam qidalanmaya çıxışı olmayıb. Təşkilat Nikaraquanı ərzaq çatışmazlığı olan ölkələr sırasına daxil edib və bildirib ki, 2021-2023-cü illərdə aclığın yayılması 3.67-4.61% səviyyəsində olub.

Nikaraqua hökuməti bildirib ki, bu hesabat qərəzli, metodoloji ciddilikdən məhrum və siyasi məqsədlərlə qəsdən yayılmış, müdaxiləçi, təcavüzkar xarakterli yalan məlumatlar ehtiva edən sənəddir.

Seçilən
1
hakimiyyet.az

1Mənbələr