Sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlərin yaranması səbəbindən onun Almaniyaya aparıldığı barədə xəbər məkanında məlumat yayılıb.
Mia.az xəbər verir ki, sabiq millət vəkili musavat.com-a açıqlamasında xəbəri təkzib etdi: “Yalan söhbətdir. Səhhətim normaldır. Nə Almaniya? Yox bir, Amerikaya aparıblar...Bu gün ofisdə olmuşam, hazırda işdən çıxıb, bağa gedirəm”, Vahid Əhmədov bildirb.
Sabiq millət vəkili Almaniyaya aparılıb.