Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar verilib.
Qeyd olunur ki, həmin cərrahların, o cümlədən S. Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Məsələ ilə bağlı S. Heydərovanın köməkçisi açıqlama verərək onun ölkə xaricində olduğunu və hazırda işləmədiklərini qeyd edib. Bildirib ki, o, bir ay sonra Bakıya qayıdacaq. Köməkçisi Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu söyləyib.
Sevinc Heydərovanın işlədiyi “İnternational Medical Centre”dən də bu barədə açıqlama verilməyib.
Xəbər 249 dəfə oxunub.