AZ

Vaşinqtondakı təyyarə qəzasında ölənlərin hamısının cəsədi tapıldı


Xilasedicilər Vaşinqton səmasında toqquşan təyyarə və helikopterdəki 67 nəfərin hamısını Potomak çayından çıxarıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 66 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, yanvarın 30-da Kanzasdan uçan “Bombardier CRJ700” sərnişin təyyarəsi Vaşinqtonda Reyqan hava limanına yaxınlaşarkən havada hərbi “Black Hawk” helikopteri ilə toqquşub. Hər iki hava nəqliyyatı Potomak çayına düşüb.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub.
Helikopter təlim uçuşunu həyata keçirib.
Seçilən
10
yeniavaz.com

1Mənbələr