Aktual.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
"Ukrayna Təhlükəsizlik Xidməti müvafiq əməliyyat həyata keçirdi, lakin konkret adla bağlı təfərrüatı bilmirəm”, - o bildirib.
Qeyd edək ki, fevralın 3-də Moskvanın elit "Al yelkənlər” yaşayış kompleksində kamikadze hücumu nəticəsində antimaydançı fəal, separatçı və "Arbat” könüllülər dəstəsinin yaradıcısı Armen Sərkisyan məhv edilib.