"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti növbəti mövsüm A Seriyasında peyda ola bilər.
Fanat.Az xəbər verir ki, məlumatı nüfuzlu AS nəşri yayıb.
Mənbənin məlumatına görə, “Roma”nın sahibləri Rayan və Den Fridkin qardaşları hazırda italiyalını komandalarına rəhbərlik etməyə razı salmağa çalışırlar.
Onlar 2021-ci ildə Joze Mourinyunun rəhbərliyi altında olduğu kimi, yeni mövsümə də tanınmış məşqçi ilə başlamaq istəyirlər. Onlar Ançelottinin bu rol üçün ideal olacağına inanırlar.
Fridkinlər Ançelottiyə həm maliyyə, həm də idman baxımından tam azadlıq təklif edirlər. Onların hədəfi “Roma”nın Avropa elitasındakı yerini möhkəmləndirməkdir.
Ançelotti 1979-1987-ci illər arasında futbolçu kimi "Roma"nın şərəfini qoruyub və paytaxt təmsilçisində 227 oyun keçirərək 17 qol vurub, həmçinin, 4 İtaliya kubokunu və 1 Skudetto qazanıb.
Mirağa