AZ

"Mançester Yunayted" Şounu yenidən itirdi

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou yenə zədələnib.

90deqiqe.Az "UTD Menace"yə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu daha bir zədə alıb və təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, bu, ingilis futbolçunun cari mövsümdə aldığı üçüncü zədədir. Şou bu mövsüm cəmi 3 oyuna çıxıb. O, bu görüşlərdə qol vurmayıb. Müdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Mançester Yunayted” fevralın 7-də “Lester”i qəbul edəcək. İngiltərə kubokunun 1/8 final mərhələsinin oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
8
90deqiqe.az

1Mənbələr