AZ

KOBİA-nın informasiya sistemləri "Hökumət buludu"na köçürülüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) informasiya sistemləri və ehtiyatları tam şəkildə "AzInTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib.

Agentliyin məlumatına görə, KOBİA Virtual server - IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə - BaaS (Backup-as-a-Service) "bulud" xidmətləri ilə təmin olunub.

Qeyd edək ki, "Hökumət buludu" layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Seçilən
0
12
vergiler.az

10Mənbələr