AZ

Qusar xəstəxanası əmək hüquqlarının pozulmasına görə cərimələnib

Bakı. Trend:

"Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən işçinin əməkhüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğundaaraşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əməkqanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqiqüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiqişlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibatiXətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqiqüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansıişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsiilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçünaidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı iləpublik hüquqi şəxs 20 min manat məbləğində inzibati cəriməedilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həminMəcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraatbaşlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin SosialMüdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi XidmətininQuba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiqqərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Məqalədə:
Seçilən
126
40
az.trend.az

10Mənbələr