Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiq edilib.
Fərmanın birinci hissəsində göstərilən Töhfə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Töhfə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərməlidir.