Səbail rayonu Əziz Əliyev küçəsində burada yaşayanlardan başqa şəxslərə məxsus avtomobillərin daxil olmasına icazə verilməməsi qərarından sui-istifadə edilir.
“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə Ə.Əliyev küçəsində qaydaları pozan bir neçə avtomobilin fotoları yayılıb.
Görüntülərdən məlum olur ki, “Mitsubishi” və “Mercedes” markalı avtomobillər velosiped zolağının üzərində parklanıb.
Digər tərəfdən, ara məhəllələrdə parklamaq üçün kifayət qədər yer olduğu halda, burada yaşayan bəzi sürücülər avtomobillərini yolun hər iki tərəfində saxlamağı üstün tutublar.
Şikayətçilər ərazidə qayda pozan sürücülərə qarşı tədbirlərin görülməsini xahiş edirlər.
![](https://qafqazinfo.az/uploads/1738755062/araba.jpg)