Aktrisa Oksana Rəsulova qayınanası və həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalan qadını paylaşıb.
OLAY yazır ki, o, instaqramda paylaşım edərək polisə müraciət edib:
“Bir qadın, ana, vətəndaş, insan olaraq bu qadının səsini eşitdim. İnandım, onunla bir yerdə ağladım, o insanın ona və övladına zülm verdiyi anları təsəvvür etdim, uşağın travması gözümün önündədir. İnanıram ki, polis bu işə ədalətli baxacaq”.
![](https://olay.az/uploads/posts/2025-02/bnxbnbmvbmvbmm.webp)