AZ

Zelenski: Müttəfiqlərinin köməyi ilə Ukrayna ərazilərini geri qaytara bilər

Ukrayna münaqişə zamanı itirdiyi əraziləri müttəfiqlərinin köməyi ilə geri qaytara bilər...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Telegram kanalında məlumat verib.

“Biz torpaqlarımızı geri alacağıq - hərbi əməliyyatlar, diplomatiya və zamanla”, o vurğulayıb.

Zelenskinin sözlərinə görə, hadisələrin bu cür inkişafı bir şərtlə mümkündür ki, tərəfdaşlar Rusiyaya təzyiq etsinlər.

Bundan əvvəl Zelenski ərazilərin daha da itirilməsinə görə məsuliyyəti ABŞ-a həvalə etmişdi. Ukrayna liderinin qeyd etdiyi kimi, ABŞ-ın dəstəyi olmadan Ukrayna öz ərazilərini itirməkdə davam edəcək.

Zelenskinin sözlərinə görə, ABŞ-ın Ukraynaya yardım göstərməsi zamanı çoxlu pul hardasa yoxa çıxıb. O, Kiyevin Vaşinqtondan yüz milyardlarla dollar almadığına aydınlıq gətirib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr