AZ

Klub prezidenti “tik-tik”da canlı yayım açıb, futbolçu axtarır

Türkiyənin “Adıyaman” klubunun prezidenti Sait Aybak maraqlı addımə ilə gündəmə düşüb.

Msport.az xəbər verir ki, funksioner komandaya “tik-tok” vasitəsilə oyunçu dəvət etdiyini bildirib.

Komandanın çətin vəziyyətdə olduğunu söyləyən Aybak dəstək istəyib: “Klubumuzda oynamaq istəyənlər əlaqə nömrələrini göndərsin, düşərgəyə dəvət edək. “Tik-tok”da canlı yayım zamanı 500 nəfər yazır, cəmi 5i gəlir. III Liqada sonuncu yerdəyik. Yeni istedadlar axtarıram. Mənimlə əlaqə saxlayın”.

Qeyd edək ki, “Adıyaman” 2-ci qrupda mübarizə aparır.

Seçilən
8
msport.az

1Mənbələr