“Unibank” təhsil, səhiyyə və bank işçiləri üçün 0 faiz komissiyalı kredit kampaniyası keçirir.
Bu sahələrdə çalışanlar fevralın sonunadək banka müraciət etməklə, 50 min manatadək krediti 0 faiz komissiya ilə əldə etmək imkanı qazanacaqlar.
“Unibank”da nağd kreditlər illik cəmi 9,5 faizdən başlayır, müddət 60 ayadəkdir. Digər banklardakı kreditlərinizi “Unibank”a gətirmək üçün əsl vaxtdır. Bununla kreditlərinizi bir ünvanda birləşdirəcəksiniz, komissiya ödəməyəcəksiniz və kreditiniz aşağı faizlə rəsmiləşdirildiyindən, aylıq ödəniş məbləği də az olacaq.
Dəyərli müəllimlərimizi, həkimlərimizi və bank əməkdaşlarını bu sərfəli kampaniyadan faydalanmağa dəvət edirik.
Kampaniya çərçivəsində “Unibank”dan nağd kredit götürmək bu üstünlükləri verir:
- 0 faiz komissiya;
- illik 9,5 faizdən başlayan kredit əldə etmək;
- 50 min manatadək məbləğ;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 60 ayadək ödəniş müddəti;
- tez və rahat rəsmiləşdirmə imkanı;
- müştərinin istəyinə görə kredit həyat sığortası.
Krediti banka gəlmədən sifariş etmək üçün aşağıdakı imkanlar da mövcuddur:
- 055 457 81 17 vatsap nömrəsinə yazaraq;
-“Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
- Bankın saytından onlayn sifariş etməklə.
Əgər “UCard”ınız varsa, filiala gəlmədən, “UBank” tətbiqindən saniyələr ərzində, cəmi bir neçə toxunuşla kredit əldə edə bilərsiniz. Hələ də “UCard”ınız yoxdursa, sizə yaxın “Unibank” filialına yaxınlaşaraq elə yerindəcə, çox rahat şəkildə və pulsuz bu multivalyutalı karta sahib ola bilərsiniz.
“Unibank” - sənin bankın!