AZ

"ADPU TV" heyəti ilə tanış olun!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi yutub kanalı olan “ADPU TV-nin” könüllü tələbələrdən ibarət heyətini təqdim edirik.

“ADPU TV-nin” rəhbəri Hənifə Mahmudova universitetin SABAH qruplarının İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsidir. Könüllülük fəaliyyətinə 2022-ci ildən başlayan Hənifə universitetin Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədr müavini vəzifəsini icra edib. 2023-cü ildə həmçinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində könüllü və Miqrasiya Könüllüsü İctimai Birliyində təcrübəçi, daha sonra əməkdaş olaraq fəaliyyət göstərib. Həmin ildə ADPU-nun Təhsil Könüllüləri Tələbə Birliyində SABAH qrupları üzrə fakültə rəhbəri vəzifəsini icra etməyə başlayıb, 2024-cü ildən isə təşkilatın İnsan resursları şöbəsinin rəhbəri vəzifəsini icra edib. 2024-cü ilin oktyabr ayından etibarən ictimai fəaliyyətini "ADPU TV-nin" rəhbəri olaraq davam etdirir. 2025-ci ildə 2 Fevral – Gənclər Günü münasibətilə Universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.

"ADPU TV" heyəti ilə posterləri çevirərək tanış ola bilərsiniz.

 

 

 

 

 

Seçilən
11
tehsil.biz

1Mənbələr