AZ

DQİDK yanında İctimai Şuraya sədr seçildi

Fevralın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında 11 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın ilk iclası keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Şura üzvləri tərəfindən təsdiq edilən iclasın gündəliyinə əsasənsədr, sədr müavini və katibin seçilməsi, şuranın tərkibində işçi qrupların yaradılması və digər məsələlər müzakirə edilib.

İctimai Şuranın üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

Səsvermənin nəticələrinə uyğun olaraq, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri Mustafayev Elnur Kərim oğlu sədr, Əməkdar jurnalist Məmmədova Səadət Həsən qızı sədr müavini, "Regional İnkişaf" İctimai Birliyinin bölmə rəhbəri Muradov İlkin Firdovsi oğlu isə Şuranın katibi seçilib.


Müəllif: Teleqraf.com
Seçilən
47
12
teleqraf.com

10Mənbələr