Azərbaycan və Somali əməkdaşlıq sahələrini genişləndirməyi planlaşdırır.
Bu barədə “Report” Somali Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, bu məsələ Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiki ilə Moqadişoya səfərdə olan Azərbaycan XİN başçısının müavini Yalçın Rəfiyev arasında keçirilən görüşdə müzakirə olunub.
Tərəflər əməkdaşlığın dərinləşdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin iki ölkə arasında daha məhsuldar tərəfdaşlığın inkişafına ümumi sadiqliyi müzakirə ediblər.