AZ

Zelenski ilə razılaşarsa, Trampı görün nə gözləyir

Yardım müqabilində nadir torpaq metallarının hasilatına çıxışı təmin etmək üçün Zelenski ilə müqavilə bağladıqdan sonra Trampı nə gözləyəcəyi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə keçmiş ABŞMərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson bildirib.

"Zelenski ilə nə sövdələşmə etsəniz də, o, verdiyi vədləri yerinə yetirə bilməyəcək”, - o bildirib.

Conson qeyd edib ki, nadir torpaq metallarının ehtiyatları əsasən, Rusiyanın ələ keçirdiyi Ukraynanın keçmiş ərazilərində yerləşir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın Ukraynanın nadir torpaq metalları ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, bu, kommersiya təklifidir. Eyni zamanda o, Vaşinqtonun Kiyevə heç kömək etməməsinin və bununla da münaqişənin sona çatmasına töhfə verməsinin daha yaxşı olacağını vurğulayıb.

Seçilən
19
19
publika.az

10Mənbələr