AZ

“Qarabağ”ın sabiq futbolçusu təşəkkür etdi

"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Julio Romao Ağdam təmsilçisi ilə vidalaşıb.

Yenisabah.az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi Azərbaycan xalqına və kluba təşəkkür edib: 

"Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Bundan sonra Julio Ramao Macarıstanın "Ferensvaroş" klubunda forma geyəcək.


Telegram kanalımız
Seçilən
89
8
yenisabah.az

10Mənbələr