AZ

Vəzifəsindən azad edilən nazir KİMDİR? - DOSYE 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib.

Ölkə.Az Muxtar Babayevin bioqrafiyasını təqdim edir:

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

Muxtar Babayev 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Muxtar Bahadur oğlu Babayev 23 aprel 2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər nazir təyin edilib və 5 fevral 2025-ci ildə vəzifəsindən azad edilib.

05 fevral 2025-ci ildə Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Eks nazir həmçinin Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti vəzifəsini daşıyır.

Mürtəza
Ölkə.Az

Seçilən
15
4
olke.az

9Mənbələr