AZ

Trampın ticarət siyasəti Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən bir çox sahələrdə olduğu kimi, ticarət sahəsində də ciddi dəyişikliklərə imza atıb. O, ticarət siyasətini, xüsusilə digər ölkələrlə olan ticarət münasibətlərini yenidən qurmaq və Amerika iqtisadiyyatını gücləndirməyi prioritet kimi dəyərləndirir. Bu səbəbdən dollar bahalaşmağa, neft isə ucuzlaşmağa başlayıb. 

Bəs bu siyasət Azərbaycana necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov dolların güclənməsinin və digər iqtisadi amillərin dünya iqtisadiyyatında yeni dalğalanmalara səbəb olduğunu bildirdi:

"Trampın hakimiyyətə gəlişindən sonra verdiyi siyasi açıqlamalar fonunda dünyadakı qlobal iqtisadi proseslərdə müəyyən hərəkətlənmələrin olacağı bəlli idi. Bu hərəkətlənmələr fonunda da həm dolların hazırkı məzənnəsinə, həm də bütövlükdə neft qiymətlərinə təsiri imkanları da çox geniş müzakirə olunur. Amma istənilən bir halda dolların bahalaşması və digər amillər bütün dünyanın qlobal iqtisadi proseslərinə ciddi formada təsir göstərir. Bunun birbaşa Azərbaycana tam təsirindən söhbət gedə bilməz".

Tural

Politoloq Azərbaycanın uzunmüddətli inkişaf planları və müstəqil iqtisadi siyasətinin, dünya bazarlarında yaranan bu dalğalanmalara qarşı dayanıqlı olduğunu vurğuladı.

"Bütövlükdə bir daha qeyd edirəm ki, qlobal siyasi proseslər və qlobal siyasi proseslərdəki gərginliklər fonunda yaranan müəyyən iqtisadi kataklizmlər dünyəvi xarakterlidir və bütün ölkələrə hər bir mənada təsir göstərir. Bu baxımdan da, bu təsirin dairəsinin çox daha geniş olacağını düşünmək olar. Amma Azərbaycan həyata keçirdiyi dövlət siyasəti ilə həm dünyəvi-siyasi, həm də dünyəvi-iqtisadi proseslərdə kifayət qədər qabaqlayıcı və önəmli addımlar atmağı bacarır. Ona görə də bu tip kataklizmlərin bizim ölkəmizə çox ciddi təsirlərinin olmayacağını düşünürəm", - deyə Tural İsmayılov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
11
redaktor.az

1Mənbələr