AZ

"Çelsi"dən 8 illik müqavilə

İngiltərənin "Çelsi" klubu heyətinə yeni futbolçu cəlb edib.

Teleqraf.com xəbər verir ki, London təmsilçisi Fransa "Sent-Etyen"indən Matis Amuqunu transfer edib.

"Zadəganlar" 19 yaşlı yarımmüdafiəçi ilə 8 illik müqavilə bağlayıb.

"Sent-Etyen" bu keçiddən 15 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Matis Amuqu Fransa klubunun yetirməsidir. O, cari mövsüm ərzində 17 oyunda iştirak edib.


Müəllif: Royal Həsənov
Seçilən
41
2
teleqraf.com

7Mənbələr