Bir vaxtlar Paşinyan hakimiyyətinin sevimli kadrlarından hesab edilən Edmon Marukyan indi baş nazirin qatı tənqidçilərindəndir.
KONKRET.az xəbər verir ki, Baş nazirin ABŞ səfərinə münasibət bildirən Manukyan vurğulayıb ki, Nikol Paşinyan Ermənistanın baş naziridir.
“Ancaq onu Nyu York, Los-Anceles, Davos erməniləri seçməyib. Əgər biz onun siyasətinə qarşıyıqsa, deməli, bu, Ermənistan vətəndaşlarının problemidir. Bəs onda diaspor erməniləri Paşinyanla niyə görüşür və ona yol göstərir? Biz problemin həllini çözmək əvəzinə, diaspora ilə birlikdə günahkar axtarırıq. Hər kəs bilir ki, günahkar Ermənistan hakimiyyətidir. Bunu diasporada da yaxşı bilirlər”.
Vəli Həsənoğlu,