AZ

Rusiya ilə Ukrayna arasında 150 hərbi əsirin qarşılıqlı mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında baş tutan hərbi əsirlərin növbəti mübadiləsi çərçivəsində 150 nəfər qarşılıqlı şəkildə təhvil verilib.

APA xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hazırda Rusiya tərəfinə qaytarılan hərbçilər Belarus ərazisindədir və onlara zəruri tibbi-psixoloji yardım göstərilir.

“Proses Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub. Bütün hərbçilərin ailələri ilə əlaqəsinə şərait yaradılıb. Növbəti mərhələdə onlar Rusiyaya gətirilərək, Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrində müalicə və reabilitasiya proseslərinə cəlb olunacaq”.

Seçilən
1
6
apa.az

8Mənbələr