AZ

Ağstafaya əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 fevral tarixlərində əlavə qatar reysləri təyin edib.

ADY-dən verilən məlumata görə, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Sərnişinlər hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.

Seçilən
29
21
ucnoqta.az

10Mənbələr