AZ

“Neftçi” ilk oyunda “Kəpəz”ə qalib gəldi

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda “Kəpəz” Tovuzda “Neftçi”ni qəbul edib.

Paytaxt təmsilçisi səfər oyununda inamlı qələbə qazanmaqla yarımfinala yaxınlaşıb.

Bu gün həm də “Sabah” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ” oyunları sabah keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə fevralın 27-28-də baş tutacaq.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral

“Kəpəz” – “Neftçi” 0:2
Qollar: Ağadadaş Salyanski, 35, Yuri Matias, 69.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 16:00.

Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr