AZ

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

Fevralın 5-də Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. 

Qonağı salamlayan “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Alqış Həsənoğlu Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın gücləndiyini deyən Alqış Həsənoğlu, bu baxımdan Azərbaycanla Türkiyənin media qurumlarının da əlaqələrinin məmnunluq doğurduğunu vurğulayıb. 

“Yeni Azərbaycan” qəzetinin yaranma tarixi və fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən Baş redaktor əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin media qurumları üçün faydalı olduğunu söyləyib. 

Alqış Həsənoğlu, həmçinin Türk dünyasının coğrafi bağlılığının təmin olunmasında Zəngəzur dəhlizinin əhəmiyyətini də vurğulayıb: “Zəngəzurun Nüvədi kəndi bu dəhlizin üzərindədir. Qərbi Azərbaycanda məcburən ən son tərk edilən bu kənd olub, amma ilk qayıdış da Nüvədidən başlayacaq”. 

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Azərbaycanda çalışmaqdan məmnunluğunu ifadə edib. O, Türkiyənin ölkəmizdəki səfirliyinin Azərbaycan mediası ilə əməkdşalığa böyük maraq göstərdiyini diqqətə çatdırıb. Qonaq “Yeni Azərbaycan” qəzeti ilə də əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq haqqında geniş fikir mübdiləsi aparılıb.

Sonda qonaqlara “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Alqış Həsənoğlunun “Ürfan işığında” kitabı hədiyyə olunub.

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr