Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 9-cu tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və MOİK komandaları arasında keçirilib. Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
9-cu turun qalan oyunları sabah keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” klubu “Neftçi” ilə qarşılaşacaq. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq turun son qarşılaşmasında isə “Xilasedici” komandası “Murov”la üz-üzə gələcək.
Yüksək Liqa
9-cu tur
5 fevral
“Azərreyl” – MOİK 3:0 (25:16, 25:17, 25:14)
6 fevral
16:00. “Gənclər” – “Neftçi”
Sumqayıt Olimpiya İdman Kompleksi.
17:00. “Xilasedici” – “Murov Az Terminal”
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
Xallar: Murov – 24. Azərreyl – 19. Xilasedici – 18. Neftçi – 11. MOİK – 2. Gənclər – 1.