Bakı, 5 fevral, AZƏRTAC
Türkiyəli tanınmış futbol hakimi Yaşar Kamal Uğurlu karyerasını bitirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Hakimlər Komitəsi məlumat yayıb.
2002-ci ildə hakimlik karyerasına başlayan referi indiyədək Türkiyənin peşəkar liqalarında 576 oyun idarə edib.