AZ

Hücumçusunu sata bilər - Premyer Liqa nəhəngi

“Liverpul”un hücumçusu Darvin Nunyes yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvardla Səudiyyə Ərəbistanı çempionatı təmsilçiləri və “Milan” maraqlanır.

“Qırmızılar” yanvar ayında Nunyesi 80 milyon avroya satmaqdan imtina ediblər.

Klub çox güman ki, İngiltərədə uğur qazana bilməyən oyunçu üçün bu yay təklifləri nəzərdən keçirməyə daha çox hazır olacaq.

25 yaşlı Nunyesin “Liverpul”la müqaviləsi 2028-ci ilə qədərdir.

Seçilən
3
sportinfo.az

1Mənbələr