Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.
Bu barədə ?24tv.ua? nəşri Ukrayna Ali Radasının saytında dərc olunmuş ?4220-IX? və ?4221-IX? nömrəli qanun layihələrinə istinadən məlumat verib.
Məlumata görə, Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib. Beləliklə də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən 2025-ci il mayın 9-dək davam edəcək.