AZ

Zelenski Putinlə danışıqlar üçün şərtlərini açıqladı

Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski, əgər ölkə vətəndaşları bunu zəruri hesab edərsə, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağa hazır olduqlarını bildirib. “Ulusum”.az xəbər verir ki, bu barədə o, britaniyalı jurnalist Pirs Morgana verdiyi müsahibədə söyləyib. Dövlət başçısı qeyd edib ki, özü də eyni qənaətə gəlməlidir."Əgər insanlar hesab edərsə ki, biz diplomatik tədbirlər görməliyik və mən də hesab edərəm ki, biz diplomatiyaya keçməyə hazırıq, onda Putinlə danışacağıq", - deyə Zelenski bildirib.Eyni zamanda, Ukrayna Prezidenti Putinlə danışıqların digər şərtinin ABŞ və Avropa İttifaqı ölkələrinin iştirakı olacağını qeyd edib. O, bunun Kiyevin münaqişənin həlli ilə bağlı dialoqa hazır olmasına təsir edəcəyini vurğulayıb.Səidə

Diqqət Çəkənlər

Sabah Azərbaycanda hava necə olacaq?

Çin Google ilə bağlı araşdırma başladıb

Yunanıstan əhalisi güclü zəlzələdən ehtiyat edərək adanı tərk edirlər

Seçilən
96
35
ulusum.az

10Mənbələr