AZ

Ekrem İmamoğlu səkkiz ilə yaxın həbs cəzasına məhkum edilə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu səkkiz ilə yaxın həbs cəzasına məhkum edilə bilər.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verib.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan cinayət işində Ekrem İmamoğlunun dövlət qulluğundan məhrum edilməsi də tələb edilib.
Xatırladaq ki, E.İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.
Seçilən
64
50
oxu.az

10Mənbələr