AZ

Rusiya ilə əsir mübadiləsi: 150 ​​hərbçi Ukraynaya qayıdıb

Fevralın 5-də Rusiya ilə yeni əsir mübadiləsi nəticəsində 150 ​​hərbçi Ukraynaya qayıdıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.

Onun sözlərinə görə, Mariupol və Zaporojye vilayətində əsir götürülən Hərbi Dəniz Qüvvələrinin əsgərləri, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hava Desant Hücum və Quru Qoşunları, Milli Qvardiya, sərhədçilər, ərazi müdafiəsi iştirakçıları və polis əməkdaşları vətənə dönüblər.

Zelenski mübadilənin təşkilində göstərdiyi köməyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.



Xəbər 4 dəfə oxunub.
Seçilən
5
xezernews.az

1Mənbələr