AZ

Ağdərədə silah-sursat aşkar edilib

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

Korrespondent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən bir ədəd SVD silahı, bir ədəd RPK-74M, bir ədəd AK-74M, bir ədəd qumbaraatanı, iki ədəd gecə görmə cihazı və bir ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Seçilən
25
49
korrespondent.az

10Mənbələr