Gürcüstanda dövlət qulluqçularına xarici mənbələrdən maliyyə dəstəyi məhdudlaşdırılır.
Bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, müvafiq qurum rəhbərinin razılığı olmadan, dövlət qulluqçuları xarici mənbələrdən maddi vəsait ala bilməyəcəklər.
Yeni qanun layihəsində həmçinin dövlət qurumlarının rəhbərlərinin təyinatı və azad edilməsi prosesi sadələşdiriləcək.