AZ

Hatayda neçə mənzilin istifadəyə veriləcəyi açıqlandı: hazırda 153 min fəhlə çalışır

Hatayda 200 mindən artıq mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-un Türkiyə bürosunun Hataya ezam olunan əməkdaşı bildirib.

“Əsrin fəlakəti”ndən sonra start verilən yenidənqurma işləri üçün, 1900 tikinti obyektində 153 min fəhlə çalışır.

Fəlakətin 2-ci ildönümündə media nümayəndələrinin suallarını cavablandıran Hatay valisi Mustafa Masatlı bildirib ki, 177.591 mülkün sahibi müəyyənləşdirilib:

“Zəlzələnin Hataya verdiyi zərərin miqyası çox böyükdür. Hatayda 88 min 367 bina dağılıb. Dağıntının miqyası 19 milyon kubmetrdir. Şəhər tarixi və müasir olaraq iki fərqli hissədən ibarətdir. Tarixi ərazimiz 307 hektar riskli ərazidən ibarətdir. Bu ərazidəki bütün ictimai binalarda inşaata başlamışıq.

Seçilən
3
2
publika.az

2Mənbələr